Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəlinib

Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəlinib

Tarix: 12 Oct 2026 11:41

Bizim növbəti addımımız müzakirə etdiyimiz mövzularda konkret nəticələr əldə etməkdir.

APA xəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manet Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib.

Baş nazir bildirib ki, Azərbaycandan da biznes nümayəndələrinin Kambocaya səfər etmələrini istəyirlər.

“Bu gün mən Azərbaycanda özəl biznes nümayəndələri ilə görüşəcəyəm. Birbaşa uçuşların açılması üçün danışıqlar barədə də razılığa gəldik”.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti