Bazar, 15 Noyabr, 2026
Tarix: 14 Oct 2026 16:19
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrail Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfər AQEM 7-ci Zirvə Toplantısı

Mənbə: apa.az