Çərşənbə, 14 Oktyabr, 2026
Tarix: 14 Oct 2026 21:34
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Rusiya ilə enerji atəşkəsi ilə bağlı qərarının onda xəyanət hissi yaratdığını bildirib.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Güclü tərəfdaşımızı itirdiyimizə görə təəssüflənirik. Biz ölkəmizi satmırıq. Bizim üçün bu, biznes deyil, həyat məsələsidir”, – Zelenski deyib.
O, həmçinin Trampın mövqeyini tənqid edərək, ABŞ prezidentinin Rusiyanın tərəfində dayanmaq əvəzinə neytrallığını qoruyub saxlamalı olduğunu vurğulayıb.
Zelenski Tramp Ukrayna ABŞMənbə: apa.az