Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 05.07.2024 03:25
Finlandiyada sentyabrın 1-dən ölkəyə giriş qaydalarını sərtləşdirən qanunvericilik dəyişiklikləri qüvvəyə minəcək.
APA xəbər verir ki, müvafiq məlumat iyulun 4-də hökumətin saytında dərc edilmiş bəyanatda deyilir.
“Qanunvericiliyə edilən dəyişikliklər ölkəyə giriş qaydalarından yayınmanın qarşısını daha effektiv almağa imkan verəcək”, - məlumatda deyilir.