Si Cinpin Rəhmonla ikitərəfli münasibətlərin inkişafı planlarını müzakirə edəcək

Tarix: 05.07.2024 05:24

Çin lideri Si Cinpin Tacikistan Prezidenti Emoməli Rəhmonla yeni reallıqlar nəzərə alınmaqla ikitərəfli münasibətlərin inkişafı planlarını müzakirə edəcək.

APA asiya ölkəsinin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Çin lideri Düşənbəyə dövlət səfərin zamanı bildirib.

“Səfər zamanı Prezident Emoməli Rəhmonla yeni reallıqları nəzərə almaqla Çin-Tacikistan münasibətlərinin inkişafı üçün yeni planları açıqlayacam, beynəlxalq və regional vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparacağam”, - Si Cinpin qeyd edib.

Xəbər Lenti