Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 05.07.2024 04:32
Noyabrın 22-25-də Monrealda NATO Parlament Assambleyasının 70-ci illik sessiyası keçiriləcək.
APA xəbər verir ki, bu barədə Kanada Parlament Assosiasiyası məlumat yayıb.
İclasda alyans tərəfdaşları da daxil olmaqla 57 dövlətdən 300-ə yaxın nümayəndə iştirak edəcək.
Xatırladaq ki, NATO Parlament Assambleyasının 69-cu illik sessiyası 2023-cü ilin oktyabrında Kopenhagendə keçirilib.