Biləsuvarda yol qəzaslnda bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Biləsuvarda yol qəzaslnda bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Tarix: 20 Oct 2026 09:46

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirib və avtomobil aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Elnur Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü xəsarət alıb və İmişli rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev

Mənbə: apa.az

Xəbər Lenti