Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər

Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər

Tarix: 20 Oct 2026 08:35

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı hərbi əməliyyatları istənilən vaxt dayandıra biləcəyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Kanzas ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

ABŞ Prezidenti iddia edib ki, İranın nüvə silahı əldə etmək imkanları aradan qaldırılıb və buna görə də Vaşinqton hərbi əməliyyatları davam etdirməyə məcbur deyil.

“Onların nüvə silahı ola bilməz və olmayacaq. Kimsə dedi ki, siz elə indi çıxa bilərsiniz. Bu, doğrudur. Biz elə indi çıxa bilərik”, – Tramp bildirib.

O, ötən ilin iyununda ABŞ-nin B-2 strateji bombardmançı təyyarələri ilə İranın nüvə obyektlərinə endirdiyi zərbələri xatırladıb.

Trampın sözlərinə görə, həmin əməliyyat İranın nüvə silahı əldə etmək imkanlarını məhdudlaşdırıb.

ABŞ Prezidenti hərbi əməliyyatların nə vaxt və hansı şərtlərlə dayandırılacağı barədə konkret məlumat verməyib.

ABŞ Donald Tramp İran hərbi əməliyyatlar nüvə proqramı B-2 bombardmançıları Kanzas Yaxın Şərq

Mənbə: apa.az

Xəbər Lenti