İran Hörmüz boğazındakı internet kabellərini hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

İran Hörmüz boğazındakı internet kabellərini hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Tarix: 20 Oct 2026 02:35

İran Hörmüz boğazından keçən sualtı internet kabellərinin mümkün hərbi qarşıdurma zamanı hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

“Fars” agentliyinin məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi açıqlama verib.

O bildirib ki, Tehran yeni hərbi qarşıdurma ehtimalını istisna etmir və belə bir vəziyyətdə İranın cavabı əvvəlkindən daha sərt olacaq.

“Biz müharibə ehtimalını istisna etmirik. Bu dəfə cavabımız daha sərt olacaq. ABŞ ciddi problemlərlə, dünya isə ağır enerji böhranı ilə üzləşəcək”, – SEPAH nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, mümkün yeni müharibədə İran fərqli silah sistemlərindən istifadə edə və yeni hədəflər müəyyənləşdirə bilər.

“Hörmüz boğazından dünya internetinin və kommersiya məlumatlarının ötürülməsinin asılı olduğu yeddi böyük kabel keçir. Bunu qarşı tərəfə xatırladırıq”, – o bildirib.

SEPAH nümayəndəsinin açıqlaması regionda hərbi gərginliyin artması fonunda səsləndirilib.

İran Hörmüz boğazı SEPAH ABŞ internet kabelləri sualtı rabitə enerji böhranı hərbi gərginlik

Mənbə: apa.az

Xəbər Lenti