Çərşənbə axşamı, 20 Oktyabr, 2026
Tarix: 20 Oct 2026 00:23
ABŞ Prezidenti Donald Tramp Rusiyada saxlanılan Amerika vətəndaşlarından birinin yaxın vaxtlarda azad edilə biləcəyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.
ABŞ Prezidenti sözügedən şəxsin adını açıqlamayıb.
Onun sözlərinə görə, Vaşinqton həmin şəxsin azad olunmasına uzun müddətdir çalışır və bu istiqamətdə səylər Trampın yenidən prezident vəzifəsinə başlamasından əvvəl də davam etdirilib.
“Görək nə olacaq. Bu, çox tezliklə baş verəcək”, – Tramp bildirib.
ABŞ Rusiya Donald Tramp saxlanılan vətəndaş azad edilmə Vaşinqton Moskva
Mənbə: apa.az