Tramp Nyu-Meksiko ştatının adının dəyişdirilməsini təklif edib

Tramp Nyu-Meksiko ştatının adının dəyişdirilməsini təklif edib

Tarix: 20 Oct 2026 00:34

ABŞ Prezidenti Donald Tramp ölkənin Nyu-Meksiko ştatının adının dəyişdirilərək “Nyu-Amerika” adlandırılmasını təklif edib.

APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Nyu-Meksiko dərhal adını Nyu-Amerika olaraq dəyişdirməlidir. Biz Meksika deyilik, biz Amerika Birləşmiş Ştatlarıyıq!”, – ABŞ Prezidenti yazıb.

Trampın fikrincə, ştatın adının dəyişdirilməsi onun nüfuzunu və iqtisadi dəyərini artıra, həmçinin yerli əhalinin gəlirlərinə müsbət təsir göstərə bilər.

Təklifin həyata keçirilməsi istiqamətində hər hansı rəsmi prosedura başlanıldığı barədə məlumat verilməyib.

ABŞ Donald Tramp Nyu-Meksiko Nyu-Amerika ştat ad dəyişikliyi Truth Social

Mənbə: apa.az

Xəbər Lenti