Çərşənbə axşamı, 20 Oktyabr, 2026
Tarix: 20 Oct 2026 02:21
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bu həftə Norveçə səfər edəcəklər.
“Reuters” agentliyinin mənbələrə istinadən məlumatına görə, səfər çərçivəsində Ukraynadakı müharibənin nizamlanması üzrə növbəti danışıqların keçirilməsi planlaşdırılır.
Məlumata əsasən, görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyi gözlənilir.
Danışıqların dəqiq tarixi, iştirakçıların tam siyahısı və müzakirə ediləcək məsələlər barədə əlavə məlumat açıqlanmayıb.
ABŞ Ukrayna Norveç Stiv Uitkoff Cared Kuşner Volodimir Zelenski Donald Tramp sülh danışıqları Reuters
Mənbə: apa.az