Çərşənbə axşamı, 20 Oktyabr, 2026
Tarix: 20 Oct 2026 04:55
ABŞ Prezidenti Donald Tramp Ukraynada “Starlink” peyk rabitəsinin fəaliyyətinin dayandırılmasına kimin göstəriş verdiyindən xəbərsiz olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Starlink”in fəaliyyətinin dayandırılması barədə göstərişin kim tərəfindən verildiyi soruşulduqda ABŞ Prezidenti bunun ona məlum olmadığını deyib.
“Bunu kimin etdiyini bilmirəm, amma öyrənmək istərdim”, – Tramp bildirib.
Bundan əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent Ukrayna Prezidenti Volodimir Zelenskini Vaşinqtonun “Starlink”ə çıxışı məhdudlaşdırması və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırması ilə bağlı ittihamlarında ehtiyatlı olmağa çağırıb.
ABŞ dövlət katibi Marko Rubio isə Ağ Evin Ukraynanın “Starlink” sisteminə çıxışının məhdudlaşdırılması barədə göstəriş vermədiyini açıqlayıb.
Tramp da daha əvvəl ABŞ administrasiyasının Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmadığını bildirib.
ABŞ Donald Tramp Ukrayna Starlink peyk rabitəsi Volodimir Zelenski Skott Bessent Marko Rubio
Mənbə: apa.az