Çərşənbə axşamı, 20 Oktyabr, 2026
Tarix: 20 Oct 2026 03:22
Litva hava məkanını pozan pilotsuz uçuş aparatlarının vizual təmas olmadan məhv edilməsi imkanını NATO ilə müzakirə edəcək.
LRT telekanalının məlumatına görə, bu barədə Litvanın Baş naziri Mindauqas Sinkəviçius açıqlama verib.
Onun sözlərinə görə, Litvanın Zoknyay aviabazasında rotasiya əsasında yerləşdirilən NATO ölkələrinin qırıcılarının hava məkanına daxil olan dronları vurması proseduruna yenidən baxılması nəzərdə tutulur.
“Pilotsuz uçuş aparatlarının hava məkanına daxil olmasına reaksiya alqoritminin yenidən nəzərdən keçirilməsi üçün NATO ilə məsləhətləşmələrə başlamağı tapşırmışam. Ümid edirəm ki, bunun üçün bir ay kifayət edəcək”, – Baş nazir bildirib.
Sinkəviçius hesab edir ki, NATO hava sərhədinin pozulmasına cavab tədbirlərinin müəyyənləşdirilməsini üzv dövlətlərin milli qanunvericiliyinə həvalə edə bilər.
Hazırkı prosedura əsasən, sülh dövründə qırıcı təyyarənin pilotu hava məkanını pozan obyektin pilotsuz uçuş aparatı olduğunu vizual olaraq təsdiqləmədən ona atəş aça bilməz.
Litva NATO dron PUA hava məkanı Mindauqas Sinkəviçius Zoknyay aviabazası qırıcı təyyarələr
Mənbə: apa.az