Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür

Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür

Tarix: 20 Oct 2026 04:33

ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi təqdirdə Donald Trampın dəstəyini qazana biləcəyini bildirib.

Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb.

“Düşünürəm ki, seçki yarışına qoşulsam, Prezident məni dəstəkləyər”, – o qeyd edib.

Bununla belə, Vens 2028-ci il prezident seçkilərində iştirakla bağlı hələ qərar qəbul etmədiyini və bu məsələni Trampla müzakirə etmədiyini vurğulayıb.

Vitse-prezident hazırda əsas diqqətinin noyabrda keçiriləcək Konqresə aralıq seçkilərinə yönəldiyini bildirib.

“Məqsədim noyabrın əvvəlində mümkün qədər çox respublikaçının seçilməsidir. 2028-ci ildə nə edəcəyimə hələ qərar verməmişəm”, – Vens əlavə edib.

ABŞ Cey Di Vens Donald Tramp prezident seçkiləri 2028-ci il Respublikaçılar Partiyası Konqres

Mənbə: apa.az

Xəbər Lenti