ABŞ-ın Beyrutdakı səfirliyi amerikalıları Livanı dərhal tərk etməyə çağırıb

Tarix: 02 Mar 2026 18:52

ABŞ-ın Beyrutdakı səfirliyi kommersiya uçuşlarının mövcud olduğu müddətdə amerikalılara Livanı dərhal tərk etməyi tövsiyə edib.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, səfirlik ölkədəki təhlükəsizlik vəziyyətinin “qeyri-sabit və proqnozlaşdırılmayan” olduğunu bildirib.

Səfirlik ABŞ vətəndaşlarını Livana səfər etməməyə çağırıb. Həmçinin, bütün konsulluq xidmətlərinin təxirə salındığı və ABŞ səfirliyinin Livandakı vətəndaşlarına hər hansı yardım göstərmək imkanının olmadığı vurğulanıb.

Bu açıqlama İsrailin Livanda Hizbullah hədəflərinə yeni hava zərbələri dalğası başladığı vaxtda verilib.

İlqar Xudiyev Livan ABŞ səfirliyi

Xəbər Lenti