Çərşənbə axşamı, 20 Oktyabr, 2026
Tarix: 20 Oct 2026 11:28
Azərbaycanda dövlət qurumlarına qarşı kiberhücumlar zamanı aşkarlanan təhlükə indikatorları maliyyə sektoru ilə də paylaşılır.
"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Xidmət maliyyə təşkilatları ilə, xüsusilə Azərbaycan Mərkəzi Bankı vasitəsilə bank sektoru ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edir.
"Bizim müdaxilə indikatorlarının paylaşılması sistemimiz var. Hər hansı təhlükə indikatoru müəyyən edildikdə, o cümlədən IP ünvanları və zərərli proqramların heş göstəriciləri barədə məlumatlar paylaşılır", – deyə o bildirib.
Nadir Novruzov qeyd edib ki, dövlət qurumlarına hücumlar zamanı müəyyənləşdirilən bu məlumatlar maliyyə təşkilatlarına da ötürülür.
Onun sözlərinə görə, məqsəd bankların mümkün kiberhücumlara qarşı qabaqlayıcı tədbirlər görməsinə şərait yaratmaqdır.
Rahim Tarıverdiyev Bakı XRİTDX Nadir Novruzov Zirvə ToplantısıMənbə: apa.az