Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 06.07.2024 06:40
Böyük Britaniyanın baş naziri Rişi Sunak partiyasının seçkilərdəki məğlubiyyətindən sonra istefa ərizəsini Kral III Çarlza təqdim edəcəyini və həmçinin Mühafizəkarlar Partiyasının liderliyindən istefa verdiyini açıqlayıb.
APA xəbər verir ki, Sunak dünənki seçkilərdən sonra Nazirlər Kabinetinin 10 nömrəli ofisinin yerləşdiyi Dauninq küçəsində vida bəyanatı verib.
Sunak Kral Çarlzla görüşündən əvvəl etdiyi çıxışı zamanı "Ölkədən üzr istədiyimi demək istəyirəm. Bu vəzifəyə hər şeyi verdim, ancaq İngiltərə hökumətinin dəyişməsi üçün açıq mesaj verdiniz. Ən mühüm mühakimə sizin verdiyiniz hökmdür”, - deyə bildirib.
"Mən sizin qəzəbinizi və kədərinizi eşidirəm və bu itkiyə görə bütün məsuliyyəti öz üzərimə götürürəm.", - deyən Sunak bir çox millət vəkili namizədinin məclisə girə bilməməsi ilə bağlı kədərini paylaşaraq "Bu nəticələrdən sonra Mühafizəkarlar Partiyasının liderliyindən istefa verirəm", - deyə açıqlama verib.
O istefasının dərhal icra olunmayacağını və yeni lider seçilənə qədər vəzifəsində qalacağını qeyd edib.