Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 06.07.2024 22:20
Aİ İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı təbrik edib, yeni hökumət ilə əlaqə saxlamağa hazır olduğunu bildirib.
APA xəbər verir ki, bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib.
“Biz İranda prezident seçkilərinin nəticələrini qeyd edirik və seçilmiş Prezident Məsud Pezeşkianı təbrik edirik. Aİ-nin kritik əlaqə siyasətinə uyğun olaraq yeni hökumətlə əlaqə saxlamağa hazırıq”, - sözçü qeyd edib.