Dağıstanda 70 mindən çox sakin işıqsız qalıb

Tarix: 07.07.2024 01:24

Dağıstan Xasavyurt şəhərində transformatorda baş verən qısaqapanma nəticəsində 70 mindən çox sakin işıqsız qalıb.

APA xəbər verir ki, bu barədə “RIA Novosti” şəhər meriyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata görə, qısaqanma nəticəsində transformator sıradan çıxıb, Xasavyurt və Novolakski rayonlarında bir neçə yaşayış məntəqəsi elektrik enerjisindən məhrum qalıb.

Xəbər Lenti