Azərbaycan və Hindistan XİN rəhbərlərinin təkbətək görüşü keçirilir - YENİLƏNİB

Azərbaycan və Hindistan XİN rəhbərlərinin təkbətək görüşü keçirilir - YENİLƏNİB

Tarix: 23 Oct 2026 11:22

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə təkbətək görüşü keçirilir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.

Hazırda keçirilən görüşdə ikitərəfli gündəlik, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılır.

***

11:15

Bakıda Azərbaycan və Hindistan xarici işlər nazirlərinin görüşü başlayıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində bildirilib.

Nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyində hindistanlı həmkarı Subrahmanyam Cayşankarı qarşılayıb.

https://x.com/AzerbaijanMFA/status/2113529032444953086

Firuzə Vahid Ceyhun Bayramov Xarici İşlər Nazirliyi Subrahmanyam Cayşankar
Azərbaycan və Hindistan XİN rəhbərlərinin təkbətək görüşü keçirilir - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti