Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb

Tarix: 23 Oct 2026 10:59

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.25 dollar və ya 1,88% artaraq 121.95 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 119.7 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

İlahə Səlimova Azərbaycan nefti "Azeri Light"

Mənbə: apa.az

Xəbər Lenti