Azərbaycan və Hindistan XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1

Azərbaycan və Hindistan XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1

Tarix: 23 Oct 2026 12:37

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla geniş tərkibdə görüşü keçirilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb.

Görüşdə Azərbaycan-Hindistan münasibətlərinin gündəliyinə daxil olan məsələlər, o cümlədən siyasi dialoq, ticarət, investisiya, enerji, nəqliyyat, turizm, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq müzakirə olunub.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Limanının, Ələt Azad İqtisadi Zonasının və digər sənaye zonalarının yaratdığı imkanlar vurğulanıb.

Tərəflər, həmçinin regional və beynəlxalq məsələlər, BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov həmkarına Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və etimad quruculuğu tədbirləri barədə məlumat verib.

Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri, eləcə də davam edən mina təhlükəsi müzakirə olunub.

Nazirlər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri də nəzərdən keçiriblər.

***

11:22

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə təkbətək görüşü keçirilir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.

Hazırda keçirilən görüşdə ikitərəfli gündəlik, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılır.

***

11:15

Bakıda Azərbaycan və Hindistan xarici işlər nazirlərinin görüşü başlayıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində bildirilib.

Nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyində hindistanlı həmkarı Subrahmanyam Cayşankarı qarşılayıb.

Firuzə Vahid Ceyhun Bayramov Xarici İşlər Nazirliyi Subrahmanyam Cayşankar Hindistan XİN rəhbəri
Azərbaycan və Hindistan XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1
Azərbaycan və Hindistan XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1
Azərbaycan və Hindistan XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1
Azərbaycan və Hindistan XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1

Mənbə: apa.az

Xəbər Lenti