Tu-22M3 strateji bombardmançı təyyarəsini Ukraynaya qaçırmaq cəhdinin qarşısını alınıb

Tarix: 08.07.2024 08:55

Rusiya Federal Təhlükəsizlik Xidməti Tu-22M3 strateji bombardmançı təyyarəsini Ukraynaya qaçırmaq cəhdinin qarşısını alıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə FTX-nın İctimayyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Ukrayna kəşfiyyatı Tu-22M3 pilotunu "verbovka" etməyə cəhd edib, əvəzində pilota İtaliya vətəndaşlığını vəd edilib.

Qeyd olunub ki, Rusiya hava kosmik Qüvvələrinə məxsus Tu-22M3 bombardmançı təyyarəsinin qaçırılması cəhdinin hazırlanmasında və həyata keçirilməsində NATO ölkələrinin məxfi xidmətlərinin iştirakı üzə çıxıb.

"Əks-kəşfiyyat xidmətinin əməkdaşları Tu-22M3 təyyarəsinin qaçırılması əməliyyatının qarşısını alarkən, Rusiya Silahlı Qüvvələrinə Ukraynanın" Ozernoye" aerodromunu vurmağa yardım edən məlumat əldə ediblər" deyə Rusiya FTX-nın məlumatında bildirilib.

Xəbər Lenti