Şənbə, 24 Oktyabr, 2026
Tarix: 24 Oct 2026 03:49
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişi əldə olunmayacağı təqdirdə hər iki ölkəyə qarşı 200 faizlik gömrük rüsumlarının tətbiqini mümkün hesab edib.
APA xəbər verir ki, Tramp bu barədə seçkiqabağı mitinqdə çıxışı zamanı danışıb.
ABŞ Prezidenti bildirib ki, gömrük rüsumlarından istifadə etməklə daha əvvəl bir neçə münaqişənin dayandırılmasına nail olduqlarını iddia edir.
“Biz rüsumlar sayəsində beş müharibəni başa çatdırdıq. Dedim ki, əgər döyüşləri davam etdirsəniz, sizə qarşı 200 faizlik rüsum tətbiq edəcəyik və onlar dayandılar. Yəqin ki, Ukrayna və Rusiya ilə də dərhal eyni addımı atmalıyıq”, – deyə Tramp bildirib.
Bununla belə, o, belə bir tədbirin effektivliyinə şübhə etdiyini də etiraf edib.
Trampın sözlərinə görə, ABŞ Rusiya və Ukraynadan kifayət qədər məhsul idxal etmədiyi üçün yüksək rüsumların tətbiqi gözlənilən nəticəni verməyə bilər.
ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına yaxın olduqlarına ümid etdiyini vurğulayıb.
ABŞ Donald Tramp Rusiya Ukrayna gömrük rüsumları 200 faiz sülh danışıqları iqtisadi təzyiq ticarət
Mənbə: apa.az