Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Tarix: 24 Oct 2026 10:07

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, nazirliyin “X” hesabında yayımlanan paylaşımda Azərbaycanın çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqlədiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqun təşviqinə və hamı üçün daha dinc, ədalətli və təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək.

Firuzə Vahid Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı BMT Günü

Mənbə: apa.az

Xəbər Lenti