Şənbə, 24 Oktyabr, 2026
Tarix: 24 Oct 2026 08:49
Oktyabrın 23-də dünya fond bazarlarında qarışıq dinamika müşahidə olunsa da, əsas indekslərin əksəriyyəti geriləyib. ABŞ-da bütün aparıcı indekslər ucuzlaşıb, Avropada əsasən eniş, Asiya-Sakit okean regionunda isə fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 652,82 bənd və ya 1,23% azalaraq 52 215,16 bəndə düşüb. “S&P 500” indeksi 39,75 bənd və ya 0,52% geriləyərək 7 623,68 bəndə, “Nasdaq Composite” indeksi isə 53,52 bənd və ya 0,21% azalaraq 25 955,34 bəndə enib.
“NYSE Composite” indeksi 158,26 bənd və ya 0,65% geriləyərək 24 117,27 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 185,27 bənd və ya 0,52% azalaraq 35 788,18 bənd təşkil edib.
Avropa fond bazarlarında da əsasən mənfi dinamika qeydə alınıb. “Euro Stoxx 50” indeksi 18,79 bənd və ya 0,31% azalaraq 6 068,22 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 34,67 bənd və ya 0,32% geriləyərək 10 690,36 bəndə düşüb.
Almaniyanın “DAX” indeksi 190,10 bənd və ya 0,75% azalaraq 25 181,65 bənd, Fransanın “CAC 40” indeksi 28,44 bənd və ya 0,36% geriləyərək 7 782,82 bənd olub. İspaniyanın “IBEX 35” indeksi isə 76,30 bənd və ya 0,40% artaraq 18 989,80 bəndə yüksəlib.
Asiya-Sakit okean regionunda qarışıq dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 214,68 bənd və ya 0,34% azalaraq 62 693,16 bəndə, “TOPIX” indeksi 31,69 bənd və ya 0,79% geriləyərək 3 965,81 bəndə düşüb.
Honq-Konqun “Hang Seng” indeksi 158,69 bənd və ya 0,69% artaraq 23 093,37 bəndə, Çinin “CSI 300” indeksi isə 69,03 bənd və ya 1,71% yüksələrək 4 105,33 bəndə çatıb.
Avstraliyanın “S&P/ASX 200” indeksi 0,02% artaraq 8 795,23 bənd, regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 0,05% yüksələrək 258,82 bənd təşkil edib.
Fond bazarlarındakı eniş əsasən Yaxın Şərqdə gərginliyin artması, neftin bahalaşması, inflyasiya risklərinin güclənməsi və süni intellekt sektoruna yatırılan investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlarla əlaqədardır.
Rahim TarıverdiyevMənbə: apa.az