Prezident İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edir - FOTO - YENİLƏNİB-3

Tarix: 10 Dec 2023 14:01

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilir.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak edirlər.

Əvvəlcə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Sonra Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç çıxış edərək layihə barədə məlumat verdi.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

***

13:49

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilir.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak edirlər.

Dövlətimizin başçısı tədbirdə çıxış edir.

***

13:22

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilir.

APA-nın Serbiyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak edirlər.

Xəbər Lenti