Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 09.07.2024 07:47
Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qəzza zolağında sülh danışıqlarında vasitəçilərə xəbərdarlıq edib ki, İsrailin anklavdakı hazırkı hərəkətləri danışıqlar prosesinin bütün nailiyyətlərini puça çıxara bilər.
APA xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında məlumat yayılıb.
“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə vasitəçilərlə təcili telefon danışıqları apararaq onlara xəbərdarlıq edib ki, İsrailin Qəzzada hərəkətləri məsləhətləşmələri başlanğıc nöqtəsinə qaytara bilər”, - məlumatda deyilir.