Erməni spiker MDB PA-nın iclasında iştirakdan imtina edib

Tarix: 09.07.2024 14:49

Erməni spiker MDB Parlamentlərarası Assambleyasının iclasında iştirakdan imtina edib.

APA xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin köməkçisi Movses Arutyunyan bildirib.

Onun sözlərinə görə, parlamentin sədri Alen Simonyan iyulun 12-də Sankt-Peterburqda keçiriləcək MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak etməyəcək.

Xəbər Lenti