“Bulgargaz” şirkəti “Gazprom”dan 400 milyon avro təzminat tələb edir

Tarix: 09.07.2024 20:54

Bolqarıstanın “Bulgargaz” şirkəti məhkəmə yolu ilə “Gazprom”dan 400 milyon avro məbləğində təzminat tələb edir.

APA xəbər verir ki, bu barədə “RIA Novosti” Bolqarıstan Milli Televiziyasına istinadən məlumat yayıb.

Bolqarıstanın qaz operatoru Parisdəki Beynəlxalq Ticarət Palatasının arbitraj məhkəməsinə iddia qaldırdığını bildirib.

Şirkətin açıqlamasında bildirilir ki, iddia 2022-ci ilin aprel ayında qaz təchizatının kəsilməsi səbəbindən dəymiş ziyana aiddir.

Xəbər Lenti