Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 09 Jul 2024 20:33
Rusiya və Hindistan danışıqlar əsnasında kosmik sektorda əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
APA Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “Rusiya-Hindistan: güclü və genişlənən tərəfdaşlıq” XXII Rusiya-Hindistan illik sammitinin yekunlarına dair birgə bəyanatda deyilir.
“Tərəflər raket mühərriklərinin inkişafı, istehsalı və istifadəsi sahəsində əməkdaşlığın inkişaf perspektivlərini öyrənmək barədə razılığa gəliblər”, - sənəddə deyilir.