Rusiya XİN: Moskva Yaponiyanın NATO ilə yaxınlaşmasına cavab verməyə hazırdır

Tarix: 09.07.2024 23:46

Rusiya Yaponiya hökumətinin NATO ilə yaxınlaşma istiqamətində atdığı addımlara hərbi-texniki tədbirlərlə cavab verməyə hazırdır.

APA “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Biz praktiki işlərimizdə bütün bəyanatları nəzərə alacağıq və bir sıra kompleks tədbirlər görəcəyik”, - nazir müavini vurğulayıb.

Xəbər Lenti