Bayden: Qərb Ukraynaya daha beş HHM sistemi göndərəcək

Tarix: 10.07.2024 03:19

Qərb yaxın aylarda Ukraynaya daha beş strateji hava hücumundan müdafiə sistemi göndərəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden məlumat verib.

O qeyd edib ki, Kiyevə əlavə beş strateji hava hücumundan müdafiə sistemi üçün avadanlıq ABŞ, Almaniya, Hollandiya, Rumıniya və İtaliya tərəfindən veriləcək.

Xəbər Lenti