Macarıstan NATO sammitində Rusiya ilə əlaqə kanallarının açıq saxlanmasının tərəfdarı qismində çıxış edəcək

Tarix: 10.07.2024 04:27

Macarıstan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə diplomatik əlaqə kanallarının açıq saxlanmasının tərəfdarı qismində çıxış edəcək.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto “Facebook”da yayımladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün diplomatik kanalların yenidən açılması lazımdır.

“Dialoq olmadan və diplomatik kommunikasiya kanalları bərpa edilmədən, həll yolu tapmaq mümkün olmayaca”, - nazir vurğulayıb.

Xəbər Lenti