Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 10 Jul 2024 22:42
“Hizbullah”ın baş katibi Həsən Nəsrullah bildirib ki, Qəzza zolağında atəşkəs əldə olunarsa, İsrailin şimalında da münaqişələr dayanacaq.
APA xəbər verir ki, Həsən Nəsrullah İsrailin atəşkəsə baxmayaraq, Livana hücumu davam etdirməsi halında onların da Livanı müdafiə edəcəklərini bildirib.
O bildirib ki, Qəzza zolağında İsrail və HƏMAS arasında mümkün atəşkəs Livanın cənubundakı münaqişələri şübhəsiz dayandıracaq.