Fond bazarlarında yüksəliş davam edir – ABŞ indeksləri bahalaşıb

Fond bazarlarında yüksəliş davam edir – ABŞ indeksləri bahalaşıb

Tarix: 29 Oct 2026 08:19

Oktyabrın 28-də dünya fond bazarlarında əsasən müsbət dinamika qeydə alınıb. ABŞ-da bütün aparıcı indekslər yüksəlib, Avropa və Asiya-Sakit okean regionunda isə qarışıq nəticələr müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 97,53 bənd və ya 0,19% artaraq 52 475,10 bəndə yüksəlib. “S&P 500” indeksi 21,38 bənd və ya 0,28% bahalaşaraq 7 743,98 bəndə, “Nasdaq Composite” indeksi isə 72,04 bənd və ya 0,27% artaraq 26 549,85 bəndə çatıb.

“NYSE Composite” indeksi 0,21% yüksələrək 24 261,28 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,26% artaraq 36 265,09 bənd təşkil edib.

Avropa fond bazarlarında fərqli dinamika qeydə alınıb. “Euro Stoxx 50” indeksi 0,05% artaraq 6 167,81 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,07% yüksələrək 10 694,50 bəndə çatıb.

Almaniyanın “DAX” indeksi 0,44% artaraq 25 704,02 bənd təşkil edib. Fransanın “CAC 40” indeksi cüzi azalaraq 7 886,96 bəndə, İspaniyanın “IBEX 35” indeksi isə 1,45% geriləyərək 18 883,50 bəndə düşüb.

Asiya-Sakit okean regionunda da qarışıq dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 0,35% artaraq 64 177,15 bəndə yüksəlib. “TOPIX” indeksi isə 0,38% azalaraq 3 976,43 bəndə enib.

Honq-Konqun “Hang Seng” indeksi 0,04% artaraq 23 103,55 bəndə, Çinin “CSI 300” indeksi isə 1,20% geriləyərək 4 034,81 bəndə düşüb.

Avstraliyanın “S&P/ASX 200” indeksi 0,41% artaraq 8 883,70 bənd, regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 1,31% yüksələrək 263,58 bənd təşkil edib.

Dünya fond bazarlarında müsbət dinamika ABŞ-da iri şirkətlərin maliyyə nəticələrinə dair gözləntilər və texnologiya səhmlərinə maraq fonunda davam edib. Bununla belə, Avropa və Asiya bazarlarındakı fərqli nəticələr investorların ehtiyatlı mövqeyini qoruduğunu göstərir.

Rahim Tarıverdiyev

Mənbə: apa.az

Xəbər Lenti