ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Tarix: 29 Oct 2026 01:33

Hörmüz boğazında beynəlxalq səviyyədə tanınmış əsas gəmiçilik marşrutları dəniz minalarından təmizlənib.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir.

Məlumata görə, minlərlə kommersiya gəmisi bu marşrutlardan təhlükəsiz keçib və hazırda da onlardan istifadə edir.

Qurum gəmilərin minalara düşərək partlaması barədə iddiaları həqiqətə uyğun hesab etməyib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sentyabrda Hörmüz boğazının şərqində gəmiçilik üçün qadağan olunmuş zona yaradıldığını və gəmilərin həmin ərazidən keçmək üçün Tehranla koordinasiya aparmalı olduğunu açıqlamışdı.

ABŞ CENTCOM Hörmüz İran

Mənbə: apa.az

Xəbər Lenti