Cümə axşamı, 29 Oktyabr, 2026
Tarix: 28 Oct 2026 22:06
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş naziri Pedro Sançesə və ispan xalqına başsağlığı verib.
APA xəbər verir ki, başsağlığı mesajında deyilir:
“İspaniyada baş verən faciəvi qatar qəzası məni dərindən kədərləndirdi. Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına səmimi başsağlığımı çatdırıram. Yaralananların tezliklə sağalmasını arzulayıram”.
Qeyd edək ki, İspaniyada iki sürət qatarının toqquşması nəticəsində son məlumata görə, 68 nəfər ölüb, xeyli yaralı var. Faciə ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib.
Mənbə: apa.az