Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub

Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub

Tarix: 28 Oct 2026 19:30

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən hazırlanan “Sülh kitabı”nın (Book of Peace) Azərbaycana həsr edilmiş “Harmoniya çalarları: gənclərin gözü ilə Azərbaycanda sülh və multikulturalizm” adlı III nəşrinin oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təqdimatı olub.

APA xəbər verir ki, tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik zəngin mədəniyyəti, uzun illərə söykənən birgəyaşayış ənənələri və mədəniyyətlərarası dialoqa sarsılmaz sadiqliyi ilə Azərbaycanın bütün dünya üçün ilhamverici nümunə olduğunu söyləyib. O deyib ki, bu nəşr həm Azərbaycanın dialoq mədəniyyətinə ehtiramının ifadəsidir, həm də fəaliyyətə çağırışdır. “Sülh kitabı” bugünkü parçalanmış dünya üçün olduqca mühüm mesaj daşıyır. Azərbaycanın multikulturalizm ənənəsi bu kitabın səhifələrində müəlliflərin müşahidələri və təəssüratları vasitəsilə canlanır.

Baş direktor qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycanda və bütün dünyada sülh quruculuğuna əvəzsiz töhfələr verir. Fond humanitar təşəbbüsləri və mədəniyyətlərarası dialoqa verdiyi dəstək vasitəsilə icmalar arasında körpülər yaradır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında diqqətə çatdırıb ki, münaqişələrin, parçalanmanın və dözümsüzlüyün dünyanı bölməyə davam etdiyi bir dövrdə sülh və qarşılıqlı anlaşma həmişəkindən daha böyük əhəmiyyət daşıyır. ICESCO hər zaman müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların görüş məkanı olub. Heydər Əliyev Fondu isə artıq 20 ildən çoxdur ki, mədəniyyət, təhsil, ətraf mühitin qorunması və humanitar layihələr vasitəsilə düzgün dəyərlərin təşviqi istiqamətində fəaliyyət göstərir. Fond həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində illər ərzində çoxsaylı tarixi və mədəni abidələri bərpa edib, yüzlərlə məktəb və uşaq bağçası tikib, milli parkların və vəhşi təbiətin qorunmasına töhfə verib, eləcə də bir çox müxtəlif layihələr həyata keçirib.

Leyla Əliyeva qeyd edib ki, “Sülh kitabı” dərin məna daşıyan bir mesajı özündə ehtiva edir - sülh içində yaşamaq, hörmət görmək, başa düşülmək və qayğı ilə əhatə olunmaq.

BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos son illərin diplomatiya və beynəlxalq münasibətlər tarixində onun üçün yalnız iki müsbət xəbər olduğunu diqqətə çatdıraraq deyib: "Birincisi, Cənubi Afrikada aparteid rejiminin sona çatmasıdır. İkincisi isə Prezident İlham Əliyevin dünənki çıxışında qeyd etdiyi və təşəbbüskarı olduğu Ermənistan ilə Azərbaycan arasındakı sülh müqaviləsidir”.

O bildirib ki, XXI əsr müharibə və münaqişələrin sonuncu əsri olmalıdır, müharibələrə son qoymalıyıq.

Sonra “Sülh Kitabı” konsepsiyası haqqında videoçarxın təqdimatı olub.

Daha sonra ICESCO-nun Azərbaycandan, Qazaxıstandan, Mərakeşdən olan Sülh üzrə gənc səfirlərinin çıxışları dinlənilib.

Tədbirin sonunda 10 yaşlı xanəndə Rəsul Bağırovun ifasında musiqi proqramı təqdim edilib. Eləcə də ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikə rəssam Mir Azər Abdullayevin “Qarabağa xoş gəlmişsiniz” əsəri hədiyyə olunub.

Qeyd edək ki, təqdim olunan nəşr Azərbaycanın sülhün təşviqində, dinlərarası və mədəniyyətlərarası həmrəyliyin möhkəmləndirilməsində rolunu, eləcə də ölkəmizin multikulturalizm modelinin beynəlxalq əhəmiyyətini işıqlandırır.

Kitabda İslam dünyasının müxtəlif ölkələrindən olan 29 gənc liderin məqalələri də yer alıb. Həmin gənclərin hər biri Azərbaycanda olub və ölkəmizin sülh, multikulturalizm, birgəyaşayış modelinə dair təəssüratlarını şəxsi təcrübələri əsasında bölüşür.

Bakı ICESCO “Sülh kitabı” III nəşr təqdimat

Mənbə: apa.az

Xəbər Lenti