VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib - FOTO

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib - FOTO

Tarix: 28 Oct 2026 18:42

Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi, BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos, mədəniyyət naziri Adil Kərimli, forumda iştirak edən ölkə və təşkilatların rəsmiləri, eləcə də digər qonaqlar və mədəni-ictimai xadimlər iştirak ediblər.

Bağlanış mərasimində forum çərçivəsində keçirilən panel müzakirələrinin və plenar sessiyaların qlobal sülhün, qarşılıqlı anlaşmanın və mədəniyyətlərarası inteqrasiyanın möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

Bildirilib ki, Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər platforma fərqli sivilizasiyalar arasında körpülərin qurulmasına, dini və mədəni müxtəlifliyin qorunmasına mühüm töhfə verir.

Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür ifadə olunub.

Bağlanış mərasimi bədii proqramla davam edib.

Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının sabah Qarabağa səfəri nəzərdə tutulub.

Gülcahan İmanqızı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib - FOTO
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib - FOTO
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib - FOTO
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib - FOTO
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib - FOTO

Mənbə: apa.az

Xəbər Lenti