Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 28 Oct 2026 19:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb.
APA xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə UNESCO arasında mövcud əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı mədəni irsin qorunması, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb, bu istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.
Leyla Əliyeva UNESCO Baş direktorunun müavini Asa Regner
Mənbə: apa.az