Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 28 Oct 2026 18:45
İspaniyada baş verən qatar qəzasında ölənlərin sayı artıb.
“El Espanol”-un xəbərinə görə, sürət qatarlarının toqquşması nəticəsində ən azı 68 nəfər ölüb.
Eyni zamanda, İspaniyada dəmir yolu qəzası ilə bağlı üç günlük matəm elan edilib.
***
15:13
İspaniyada baş verən qatar qəzasında ölənlərin sayı 50 nəfərə çatıb.
“El Espanol”-un xəbərinə görə, sürət qatarlarının toqquşması nəticəsində ən azı 50 nəfər ölüb, 179-dan çox insan yaralanıb.
Qəzaya uğrayan qatarlarda ümumilikdə 544 sərnişin olub.
***
13:45
İspaniyanın Toledo vilayətində baş verən qatar qəzasında ölənlərin sayı 46 nəfərə çatıb.
Bu barədə “The Telegraph” məlumat yayıb.
***
13:34
İspaniyada sürət qatarlarının toqquşması nəticəsində ölənlərin sayı artıb.
“Sky News”un yerli qurumlara istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.
https://t.me/apa_az/129069Qeyd edək ki, bu, il ərzində İspaniyada baş verən ikinci qatar qəzasıdır. Belə ki, yanvarın 18-də baş vermiş qəzada 45 nəfər ölüb, 170 nəfər xəsarət alıb.
***
13:10
İspaniyada sürət qatarları toqquşub.
“Reuters”in xəbərinə görə, hadisə Toledo vilayətində baş verib.
https://t.me/apa_az/129072İki sürət qatarının toqquşması nəticəsində paytaxt Madridi Əndəlüs regionu ilə əlaqələndirən xətt fəaliyyətini dayandırıb. Hadisə nəticəsində ən azı 10 nəfərin öldüyü, çox sayda yaralının olduğu bildirilib.
Hələlik qəzanın səbəbləri ilə bağlı məlumat yoxdur.
Toğrul Quluzadə sürət qatarı qatar qəzasıMənbə: apa.az