Azərbaycan Prezidenti: Qarabağ münaqişəsi artıq həll olunub

Azərbaycan Prezidenti: Qarabağ münaqişəsi artıq həll olunub

Tarix: 16 Feb 2024 21:10

Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşdə bildirib.

Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırıb.

Mənbə: apa.az

Xəbər Lenti