Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq

Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq

Tarix: 28 Oct 2026 21:34

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların noyabrın 10-da keçirilə biləcəyini istisna etməyib.

APA xəbər verir ki, o, bu barədə “The Sun” qəzetinə müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Kiyev danışıqların mümkün qədər tez keçirilməsində maraqlıdır və hətta noyabrın 1-də görüşün təşkilini təklif edib.

“Biz dialoqa, istənilən formatda danışıqlara hazırıq. Hətta bizim üçün həssas olan məsələlər də daxil olmaqla, istənilən mövzunu müzakirə etməyə hazırıq. Danışıqlara mane olduğumuz təəssüratının yaranmasını istəmirəm”, – Ukrayna Prezidenti deyib.

O, həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiyaya münasibətdə həddindən artıq güzəştə getməməsinin vacibliyini vurğulayıb. Zelenskinin fikrincə, Vaşinqton Rusiyanın Ukraynaya qarşı təcavüzkar tərəf olduğunu nəzərə almalıdır.

Ukrayna Zelenski

Mənbə: apa.az

Xəbər Lenti