ABŞ Konqresinin Xarici əlaqələr komitəsi Gürcüstana qarşı “MEGOBARI” aktını qəbul edib

Tarix: 11.07.2024 19:49

ABŞ Konqresinin Xarici əlaqələr komitəsi Gürcüstana qarşı “MEGOBARI” aktını qəbul edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Xarici əlaqələr komitəsində keçirilən səsvermədə 41 konqresmen sənədi dəstəkləyib, 6-sı isə əleyhinə səs verib.

Sənəddə Gürcüstanda demokratik geriləmənin olduğu, bu səbəbdən Gürcüstan hökumətinin fəaliyyətinə və onun Rusiya ilə, eləcə də “digər avtoritar rejimlərlə” əlaqələrinə nəzarətin gücləndirilməsi çağırışı edilib.

Xəbər Lenti