Cümə, 30 Oktyabr, 2026
Tarix: 30 Oct 2026 18:34
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Bakı Kristal Zalında baş tutan tədbirdə bədii proqram da təqdim olunub.
Oktyabrın 24-də start götürən yarışda FIFA-ya üzv 189 ölkənin komandaları iştirak edib. Çempionat çərçivəsində 1000-ə yaxın oyun keçirilib.
Qarşılaşmalar Hövsan Yarış Kompleksində təşkil olunub. Açılış və final mərasimləri isə Bakı Kristal Zalında baş tutub.
A Divizionunun final matçında İspaniya və Çexiya komandaları üz-üzə gəlirlər.
Azərbaycan millisi turniri 84-cü pillədə başa vurub.
Mənbə: apa.az