Şəmkirdə azyaşlını avtomobil vurub

Şəmkirdə azyaşlını avtomobil vurub

Tarix: 30 Oct 2026 18:48

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xuluf kəndində qeydə alınıb. “VAZ 2107” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən kənd sakini 2018-ci il təvəllüdlü M.Məsdanzadəni vurub.

Piyada dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Fuad Nazimoğlu Şəmkir yol qəza piyada azyaşlı

Mənbə: apa.az

Xəbər Lenti