Masazırda binada yıxılaraq köməksiz qalan şəxs xilas olunub - VİDEO

Masazırda binada yıxılaraq köməksiz qalan şəxs xilas olunub - VİDEO

Tarix: 31 Oct 2026 10:17

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2001-ci il təvəllüdlü vətəndaşın yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildən 2-ci mərtəbənin artırma hissəsinə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə köməksiz vəziyyətdə qalmış vətəndaşı düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Emin Şirvanzadə FHN xilasetmə Abşeron rayonu Masazır qəsəbəsi

Mənbə: apa.az

Xəbər Lenti