Şənbə, 31 Oktyabr, 2026
Tarix: 31 Oct 2026 11:26
Bakıda maşın velosipedçini vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.
Belə ki, 1959-cu il təvəllüdlü Ədalət Bədəlov idarə etdiyi "VAZ 2109" markalı avtomobillə hərəkətdə olarkən velosiped idarə edən 1993-cü il təvəllüdlü Ülfət Hüseynovu vurub. Velosipedçi hadisə yerinə ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Emin Şirvanzadə Sabunçu qəza velosipedçi
Mənbə: apa.az